"Ermənistana yeni əsas qanun (konstitusiya) lazımdır".
Bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan ölkədə Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib.
"Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradır. Hamıya məlum olan vəziyyətə görə, bu gün Ermənistan vətəndaşları hesab etmirlər ki, mövcud Konstitusiya onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında təsəvvürlərini əks etdirir. Əksinə, onu hakim elita tərəfindən yaradılmış və tətbiq edilmiş sənəd kimi görürlər", - deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun necə qəbul edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında təsəvvürlərini əks etdirən yeni Konstitusiya lazımdır.
O, həmçinin vurğulayıb ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir, ancaq ölkənin institusional, psixoloji və fiziki dayanıqlığının möhkəmləndirilməsi üzərində işi davam etdirmək lazımdır.
Mənbə: Ermənistan KİV
Rəylər