Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peruda dəhşətli hadisə: Ukraynalı kişi rusiyalı qadını bıçaqlayaraq parçalara ayırıb
Peruda dəhşətli hadisə baş verib. Ukraynalı kişi 46 yaşlı rusiyalı qadını bıçaqlayaraq parçalara ayırıb.
Bu barədə Oxu.Az "Mash" "Telegram"a istinadən bildirir.
İstintaq məlumatlarına görə, avqustun 8-də 38 yaşlı İvan Kuzmin adlı ukraynalı Lusiya Lazarenko adlı qadınla birlikdə Tarapoto şəhərinin mərkəzində yerləşən El-Saus laqunasını izləməyə gediblər. Səfərdən sonra cütlük "Retreat proqramı" (meditasiya - red.) keçdikləri zaman yaşadıqları mərkəzə qayıdıb.
Bir məqamda pasiyentlər qadının qışqırıqlarını eşidib, əməkdaşları çağırıblar, onlar isə polisə xəbər veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kuzminin otağının qapısını açmağa müvəffəq olduqları zaman isə Lusiya artıq həyatda olmayıb.
Kuzmini saxlamağa çalışdıqları zaman o qışqırmağa, dişləməyə başlayıb, bıçağı götürüb və özünü öldürməklə hədələyib. Daha sonra otaqda axtarış zamanı polis qanunsuz maddələrin istifadəsi üçün vasitə aşkar edib.
"El Comercio" qəzetinin yazdığına görə, yerli hakimiyyət şübhəlinin narkotikin təsiri altında olduğunu istisna etmir.
Həmçinin qeyd olunub ki, rusiyalı qadın mənəvi təcrübələr və rituallar öyrənmək üçün Peruya yerli şamanın yanına gəlibmiş. Vladivostokdan olan Lyudmila Lazarenko doqquz il şamanın tələbəsi olub, daim əri və iki yeniyetmə qızı ilə Tailandda yaşayıb. Hətta orada özünün müalicə mərkəzini açıb.
Bir neçə il əvvəl o, Rusiyada "Dos Mundos" kompleks inkişaf mərkəzinin yaradıcısı Pepe Ordoneslə tanış olub. İvan Kuzmini də "Dos Mundos"da tanıyıb və məhz burada da qətlə yetirilib. Qadının iki yeniyetmə qızı isə həyatda qalıb.
"Peru" teqi üzrə xəbərlər
- Bayden həyat yoldaşının onu hədələməsindən danışdı: "Məni kosmosa göndərmək istəyir"
- Perunun futbol federasiyasının prezidenti cinayətkar dəstə təşkil etdiyinə görə həbs edildi
- Peruda gənc müğənni konsertdən dərhal sonra güllələndi, meyiti isə qastrol avtobusundan atıldı
- Peruda güclü zəlzələ oldu
- Bu xəbərləri qaçırmayın: 04.11.2024-ün ən mühüm hadisələri
Rəylər