Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri bir qrup turisti Qafqazın "Dombay" kurortunda meşə yanğını baş verən ərazidən çıxarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məlumat verib.
"İnsanlar Qonaçxır dərəsindən Tumanlı-Kel gölünün ərazisinə aparılıb, onların həyatı üçün təhlükə yoxdur", - deyə nazirlikdən bildirilib.
FHN-in region üzrə mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Qaraçay-Çərkəzdə Teberdinsk Milli Parkının ərazisində yanğınsöndürənlər 5000 kv.m. sahədə yanğını söndürürlər.
FHN, həmçinin qeyd edib ki, ərazidə 64 nəfər və 12 texnika yanğını söndürür.
Qafqaz dağlarında güclü meşə yanğını nəticəsində bir qrup turist dərədə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, 7 nəfər Dombay kurortunda (Rusiya) Qonaçxır dərəsində ilişib qalıb. 40 xilasedici köməyə tələssə də, qatı tüstü axtarışları çətinləşdirir.
Məlumata görə, Qaraçay-Çərkəz dağlarında tüstülənmə barədə ilk məlumat avqustun 21-i axşam saatlarında daxil olub.
Qeyd olunur ki, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Rəylər