Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi qurumun əməkdaşlarına qarşı araşdırma başladılıb.
Yerli mətbuat yazır ki, Almaniya XİN-in işçiləri miqrantlara saxta sənədlər düzəldərək onların ölkəyə girişinə şərait yaradıblar.
Məlumatda qeyd olunur ki, istintaqın miqyası böyükdür. Belə ki, son beş il ərzində minlərlə insan saxta və ya natamam sənədlərdən istifadə etməklə Almaniya ərazisinə daxil olub.
Mənbə: Exxpress
Rəylər