Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə edəcək qazaxıstanlı müşahidəçilərin siyahısını təsdiqləyib.
Oxu.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Siyahıda Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov da daxil olmaqla 19 nəfərin adı var.
Bundan başqa, siyahıda Yelubay Abilov, Serqali Aydapkelov, Qulnar Amanjolova, İndira Aubakirova, Daniyar Batalov, Baxıt Bitenova, Timur Dautov, Berik Cakenov, Muxtar Yerman, Adilbek Yersultanov, Kanat Yestek, Aybek Jeken, Qulnaz Kembayeva, Eldar Kuzenbayev, Zuleyxa Mardanova, Kanat Nauruzbayev, Adil Niyazov və Adilet Saqimbayevın adları var.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Rəylər