Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində 300-ə yaxın məktəbli zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə lada.kz regional portalı məlumat yayıb.
Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.
Bundan əvvəl 141 uşağın zəhərləndiyi bildirilirdi.
Qazaxıstanın Manqistau şəhərində zəhərlənən məktəblilərin sayı 140 nəfəri keçib.
Oxu.Az bu barədə Qazaxıstan mediasına istinadən məlumat verir.
Məlumata görə, kütləvi zəhərlənməsi hadisəsi Beşşoki kəndində qeydə alınıb.
Son məlumatlara görə, 141 uşaq həkimə müraciət edib. Onlardan 82 məktəbli poliklinikada, 43 nəfər evdə həkim nəzarətində, 16 uşaq xəstəxanada müalicə alır.
Qeyd edək ki, hadisə 8 saylı məktəbdə baş verib. Birinci növbənin 1-4-cü sinif şagirdləri məktəbin bufetində kütləvi şəkildə zəhərləniblər. Hadisəyə cavabdeh şəxslər məsuliyyətə cəlb edilib, rayon rəhbəri vəziyyəti şəxsi nəzarətinə götürüb.
Rəylər