Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti raundu avqustun 15-də Qətərdə keçiriləcək.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, İsrail nümayəndə heyətinə "Mossad" kəşfiyyatının direktoru David Barnea başçılıq edəcək. Bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisinin müşaviri Dmitri Gendelman deyib.
Xatırladaq ki, Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsraili və Fələstinin radikal HƏMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.
Vasitəçilər, həmçinin, ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.
Rəylər