Şimali Amerika bazarında 2019-cu ildən bu yana istehsal olunan 1 227 808 "Ram 1500" pikapı geri çağırılıb.
Bu barədə Oxu.Az Auto.ru-ya istinadən xəbər verir.
Bildirilir ki, proqram təminatının nasazlığı səbəbindən bu maşınlarda istiqamət stabilləşdirmə sistemi qəfildən sönə bilər.
Məlumata görə, ABS və ESP idarəetmə blokunda proqram təminatı xətası aşkar edilib. Sonuncu istənilən vaxt fəaliyyətini dayandıra bilər. Sürücü bunu alətlər panelindəki xəbərdaredici lampalar yandıqda görəcək. Bu qüsurla bağlı hər hansı insident barədə məlumat verilmir.
Sentyabrın 12-dən etibarən ABŞ dilerləri nöqsanlı avtomobil sahiblərini xəbərdar etməyə başlayacaqlar. Servisi ziyarət etdikləri zaman onların proqram təminatı yenilənəcək. Proqram təminatının ən son versiyasında nasazlıqlar istisnadır. Ümumilikdə, 2019-cu il buraxılışından başlayaraq, təqribən 1.23 milyon pikap yoxlanılmalıdır.
Rəylər