"ABŞ prezidentliyinə namizədlərin hər ikisi - Donald Tramp və Kamala Harris həyata qarşıdırlar".
Oxu.Az ANSA-ya istinadən xəbər verir ki, bu sözləri Papa Fransisk deyib.
Papa Fransisk Cənub-Şərqi Asiya və Okeaniyaya apostol səfərini başa vurduğu Sinqapurdan geri dönərkən təyyarədə keçirdiyi mətbuat konfransında bildirib:
"Hər ikisi həyata qarşıdır: miqrantları atan da, uşaqları öldürən də", - ABŞ-də keçiriləcək seçkil iə bağlı suala cavab verərkən Roma Papası belə deyib.
Agentliyin məlumatına görə, 87 yaşlı pontifikdən biri abort tərəfdarı, digəri isə miqrantları deportasiya edən namizədlər arasında seçim edərkən katolik seçicilərə hansı məsləhəti verəcəyini soruşublar.
Rəylər