Rusiyanın İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ekipaj üzvləri vaxtında katapult etməyə müvəffəq olub və onların həyatı üçün heç bir təhlükə yoxdur.
İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.
Qəzaya uğrayan təyyarənin pilotları sağ-salamat tapılıb.
Rəylər