Rusiyada miqrantların əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər.
Bu təkliflə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edib.
“Təcrübə göstərir ki, bu müddət mütəxəssisin həyata keçirdiyi layihələri başa çatdırması üçün kifayət edir”, - nazirliyin yaydığı məlumatda qeyd olunur.
Qeyd olunur ki, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsi artıq Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi tərəfindən təsdiqlənib.
Qanun layihəsində əsasən, miqrantlardan işlədikləri layihələri başa vurduqdan sonra müəyyən müddətdən sonra ölkəni tərk etmələri tələb olunacaq.
Hazırkı qaydalara görə, Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər.
Mənbə: İzvestiya
Rəylər