Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Akademiçeskaya" stansiyası yaxınlığında ona qripə qarşı peyvənd vurmaqdan vaz keçdikləri üçün təcili yardım maşınına hücum edən şəxs saxlanılıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, xuliqan olduğu iddia edilən şəxsin kimliyi müəyyən edilib. Hücum edən şəxsin 38 yaşlı Tunis vətəndaşı olduğu üzə çıxıb və o, artıq istintaq təcridxanasındadır. Bildirilib ki, son 6 il ərzində o, oğurluq, soyğunçuluq və narkotik alverinə görə həbsdə yatıb. Hökmlər arasında olan müddət ərzində tunisli əfv edilib, "Vaqner"in tərkibində müharibəyə yollanıb və qayıtdıqdan sonra başqa bir oğurluq edib.
Polisin inanmağa əsası var ki, həkimlərin maşınına şüşə atarkən müşahidə kameralarına tuş gələn şəxs məhz odur.
Xatırladaq ki, sentyabrın əvvəlində naməlum şəxs Sankt-Peterburq metrosunun "Akademiçeskaya" stansiyası yaxınlığında təcili yardım maşınına hücum edib. Həkimlər ona qrip peyvəndi vurmağı rədd etdikdən sonra kişi həkimlərin maşınına zibil və butulka atıb.
Rusiyada təcili yardım maşınına hücum edən keçmiş "Vaqner"çi saxlanıldı
Rəylər