Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası oktyabrda keçiriləcək parlament seçkisində qələbə qazanarsa, Gürcüstanda ən böyük müxalifət partiyası olan və eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid Milli Hərəkat" partiyasının ölkədəki fəaliyyətini tamamilə qadağan edə bilər.
Oxu.Az xəbər verir ki, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası bununla əlaqədar bəyanatla çıxış edib.
"Konstitusiya çoxluğunu əldə etdikdən dərhal sonra "Vahid Milli Hərəkat" və onun bütün peykləri və ya varislərinin konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək hüquqi prosesə başlayacağıq", - deyə bəyanatın mətnində deyilir.
Rəylər