Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, Seneqal Ebola epidemiyasının qarşısının alındığı ilk ölkədir.
Oxu.Az bu barədə Agence France-Press-ə istinadən xəbər verir.
ÜST-nin bəyanatında qeyd edilir ki, Seneqalda bu xəstəliyə son yoluxma hadisəsi avqustun 29-da qeydə alınıb, bundan sonra yoluxmanın rəsmi qeydiyyatı olmayıb.
Nigeriyada isə epidemiyanın dayanmasını bir müddət sonra - 20 oktyabrda qeyd etmək mümkündür.
Əgər ölkədə 42 gün ərzində yeni yoluxma hadisəsi qeydə alınmasa, Ebola virusu dəf edilmiş hesab edilə bilər.
Ebola virusunun qığılcımı Qvineyada 2014-cü ilin fevralında qeydə alınıb. Sonradan Syerr-Leon, Liberiya, Nigeriya, Konqo Demokratik Respublikasında və Seneqalda aşkarlanıb. Virusa yoluxma halları ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ümumilikdə Ebola virusuna 8,5 min adam yoluxub, onlardan 4 mindən çoxu həlak olub.
Rəylər