"Cənubi Koreya KXDR-in (Koreya Xalq Demokratik Respublikası - Şimali Koreya) davam edən təxribatçı hərəkətlərinə, o cümlədən zibil şarları göndərilməsinə və GPS siqnallarının bloklanmasına cavab olaraq dözülməsi çətin olacaq tədbirlər görməyə başlayacaq".
Bu barədə Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik Departamentinin rəhbəri Çanq Ho-jin məlumat verib.
"Biz Şimali Koreya üçün çətin olacaq tədbirlər görməyə başlayacağıq. "Zibil şarları"nın göndərilməsi və GPS siqnallarının bloklanması normal bir dövlətin ağlına belə gəlməyən alçaq təxribatlardır", - deyə o bildirib.
Xatırladaq ki, bu həftə KXDR iki dəfə cənub qonşusuna zibillə dolu şarlar göndərib, 18 qısa mənzilli ballistik raket buraxıb və beş gün ardıcıl olaraq Cənubi Koreyada GPS siqnallarının qəbuluna müdaxilə edib.
Mənbə: TASS