Sinqapurun Pedra Branka adasından 55 km şimal-şərqdə iki neft tankeri yanır.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən bildirir.
Sinqapurun Dəniz və Liman İdarəsinin məlumatına görə, tankerlər Sinqapur, San-Tome və Prinsipi bayraqları altında üzürmüş.
Hazırda axtarış-xilasetmə əməliyyatı həyata keçirilir ki, əməliyyata Sinqapur Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və hərbi helikopter cəlb edilib. Səlahiyyətlilər kömək üçün yoldan keçən gəmilərə müraciət ediblər.
Qeyd olunur ki, hadisə Çin, Yaponiya və Koreyanı Yaxın Şərq və Avropa ilə birləşdirən dünyanın ən işlək gəmiçilik marşrutlarından birində baş verib.
Rəylər