Şotlandiyada ciddi cinsi cinayətlərdə ittiham olunan transgender kişilərə özlərini qadın adlandırmaq qadağan ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Şotlandiya polisinin baş konsteblisi Co Farrell nəşrə müsahibəsində bildirib ki, belə cinayəti (zorlama) ancaq kişi törədə bilər.
Şotlandiyanın detektiv qaydalarına edilən son yeniliklərə görə, polis məmuru cinsi cinayət törətməkdə şübhəli bilinən şəxsin cinsini cinayətkarın özünü necə təqdim etdiyinə əsasən nəzərdən keçirəcək.
Telekanalın məlumatına görə, bu mövzu iki qadına təcavüzdə ittiham olunan Adam Qrehemin məhkəməsi ilə bağlı geniş işıqlandırılıb. Proses zamanı Qrem özünü İsla Brayson adlı qadın kimi təqdim etməyə başlayıb.
2023-cü ilin fevralında Brayson zorlamada təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əvvəlcə Stirlinqdəki qadın həbsxanasında ayrıca kameraya yerləşdirilsə də, ictimai etirazlardan sonra kişi koloniyasına köçürülüb.
Rəylər