Rusiyanın Perm vilayət məhkəməsi "SSRİ Ali Sovetinin Rəyasət Heyəti" ictimai birliyini ekstremist təşkilat kimi tanıyıb və onun ölkədəki fəaliyyətini qadağan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
"Tələblər təmin edilib, bu ad altında fəaliyyət göstərən təşkilat ekstremist kimi tanınıb və Rusiya ərazisində fəaliyyəti qadağan edilib", - deyə məhkəmədən bildirilib.
Qeyd edək ki, Perm diyarının prokurorluğu regional məhkəməyə müvafiq iddia ərizəsini 2024-cü ilin yayında təqdim edib.