Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Suriyada müxalif qüvvələr Səraqib şəhərinə daxil olmağa başlayıblar
Suriyada silahlı müxalifət və Əsəd rejimi əleyhdarı olan qruplar strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olublar.
Oxu.Az "Anadolu Ajans"a istinadən xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.
İdlib vilayətində iki gün davam edən qarşıdurmada rejim qüvvələri ağır itki verərək, Saraqibdən geri çəkiliblər.
Şəhər hazırda rejim əleyhinə silahlı qrupların nəzarəti altındadır.
"Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qrupunun yaraqlıları Hələb şəhərinin mərkəzinə çatıblar.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Qeyd olunur ki, son iki gün ərzində Hələb və İdlibdə 56 yaşayış məntəqəsi "Həyat Təhrir əş-Şam"ın nəzarətinə keçib. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir.
Rəylər