Amerikalı pop müğənni Teylor Sviftin iyulun 9-da Sürixdə verdiyi konsertin tamaşaçıları İsveçrə seysmoloji xidməti tərəfindən qeydə alınan seysmik aktivlik yaradıblar.
Xidmətin məlumatına görə, çoxlu sayda insan eyni vaxtda ritmik hərəkət etdikdə, xüsusi stansiyalarda ölçülə bilən vibrasiya yaranır.
İyulun 9-da keçirilən konsertdə tamaşaçıların yaratdığı titrəyişlər "Letziqrund" stadionunun ətrafında 6 km-ə qədər məsafədə yerləşən səkkiz seysmik stansiya tərəfindən izlənilib.
Xidmətin məlumatına görə, Sviftin konserti belə seysmik aktivliyin qeydə alındığı yeganə hadisə deyil. Futbol matçları və digər böyük konsertlər də oxşar yeraltı vibrasiyalara səbəb olur.
Mənbə: TASS
Rəylər