Türkiyədə prokurorluq ictimaiyyət arasında "Çiftlik Bank" kimi tanınan maliyyə piramidası sistemin qurucusu "Tosuncuk" ləqəbli Mehmet Aydının işi üzrə cəza tələbini açıqlayıb.
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, 20 şübhəlinin olduğu iş 4 414 epizoddan ibarətdir.
Məhkəmə iclasında rəyini açıqlayan dövlət ittihamçısı Mehmet Aydın və qardaşı Fatih Aydının "informasiya sistemləri vasitəsilə dələduzluq", "cinayət təşkilatı yaratmaq" və "əmlak sərvətlərinin yuyulması" cinayətlərinə görə hər iki şübhəli üçün cəmi 88 min 302 ilə qədər həbs cəzası istəyib.
Digər təqsirləndirilənlər üçün müxtəlif cinayətlərə görə fərqli dərəcələrdə həbs cəzası tələb olunub.
Qeyd edək ki, minlərlə insanı aldadan "Çiftlik Bank"ın qurucusu Mehmet Aydın iki ildən artıq Braziliyada qaçaq həyatı yaşayıb, Türkiyənin tələbi ilə oradan deportasiya edilib. Aydın 2021-ci il iyulun 3-də İstanbul Hava Limanında təyyarədə saxlanılıb və 102 zərərçəkmişin şikayəti əsasında barəsində cinayət işi açılıb. Onun qardaşı Fatih Aydın isə Uruqvayda tutularaq Türkiyəyə təhvil verilib.
Türkiyədə prokurorluq ictimaiyyət arasında "Çiftlik Bank" kimi tanınan maliyyə piramidası sistemin qurucusu "Tosuncuk" ləqəbli Mehmet Aydının işi üzrə cəza tələbini açıqlayıb.
Rəylər