ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hökumətin formalaşma sürətinə görə ölkənin müasir tarixində rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.
Xüsusilə, Tramp seçkidən sonra 12 gün ərzində 12 nəfəri nazir vəzifələrinə təyin edib. Onun bu proseso ABŞ-nin hazırkı prezidenti Co Baydendən beş dəfə tez etdiyi qeyd edilir.
"Bu, ya tarixdə hakimiyyətin ən səmərəli ötürülməsidir, ya da tələsik, yoxlamadan, araşdırmadan və Senatla məsləhətləşmədən təyinatlarla bütün normaların pozulmasıdır", - Amerika Universiteti Biznes Məktəbinin dekanı Devid Marçik vurğulayıb.
Rəylər