Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərini "Polad Günbəz" hava hücumundan müdafiə (HHM) sisteminə daxil edə bilər.
Oxu.Az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, avqustun 6-da Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasından ölkədə süni intellektdən istifadə edilməklə çoxsəviyyəli "Polad Günbəz" HHM sisteminin yaradıldığı məlum olub.
Bundan əvvəl Türkiyə hakimiyyəti "Polad Günbəz"ə müxtəlif məqsədlər üçün yerli istehsal komplekslərinin daxil ediləcəyini bildirmişdi. Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşmış "Savunma Sanayi ST" portalının məlumatına görə, Türkiyənin HHM sistemini "Aselsan" şirkəti yaradır. "Korkut", "Hisar-A", "Siper" kimi HHM komplekslərinin daxil olacağı sistemin sınaqlarına artıq başlanılıb.
Rəylər