Çirkli pulların yuyulmasına görə həbs edilən türkiyəli fenomenlər Dilan-Engin Polat cütlüyünün istintaqı çərçivəsində 13 nəfər dindiriləcək.
Dilan Polatın 2019-cu ildə “Çempionlar Liqası” başlığı ilə paylaşdığı fotodakı 13 şübhəli şəxs Maliyyə Cinayətləri üzrə Mübarizə İdarəsində ifadə verəcək.
Daha əvvəl fotodakı fenomenlərin mallarına həbs qoyulması və 12 şirkətə qəyyum təyin edilməsi qərara alınıb.
Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi tərəfindən Baş Prokurorluğa “Təcili” başlıqlı hesabat göndərilib. Məlumata görə, məktubda şübhəlilər Eylül Öztürk, Feyzanur Başar, Kadir Yiğit, Mervenur Korkut, Muhammet Oğuz Başar, Murat Yiğit, Nez Demirhan, Tolunay Topal, Yasemin Yiğit, Yavuz Selim Korkut, İleyda Topal, İlke Elagöz və Tuğba Demirhan barəsində saxlanılma proseduru tətbiq edilmədən ifadələrinin alınması istənilib.
Baş Prokurorluq Maliyyə Nazirliyinin hesabatında müəyyən edilmiş əmlakların əldə edilməsi ilə bağlı məlumat və sənədlərin dərhal Baş Prokurorluğa göndərilməsini istəyib.
Mənbə: Haber Global
Rəylər