Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib.
Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb.
"Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olacaq bir layihədir. Zəngəzur dəhlizi Azərbaycanın Bakı şəhərindən başlayaraq Ermənistan və ya İran sərhədlərindən və Naxçıvandan keçərək əvvəlcə Qarsa, daha sonra Sivasa birləşən həm avtomobil yolu, həm də dəmiryolu xətti layihəsidir.
Azərbaycan danışıqları davam etdirir. İranla da təmaslar davam edir. Müəyyən bir nöqtəyə gəlinib. Zəngəzur dəhlizi yaxın zamanda ya Ermənistan, ya da İran üzərindən tamamlanacaq. Bizi də türk dünyası ilə birbaşa birləşdirəcək", - deyə Abdulkadir Uraloğlu bildirib.
"Naxçıvan tərəfdə mövcud bir xətt var. İlkin mərhələdə bu xətt təkmilləşdiriləcək. Daha sonra yenidən qurulacaq.
Tenderlər keçirilib, amma bu gün başlasa, orta hesabla beş il çəkəcək. Biz bu xəttin 2028-29-cu illərdə istismara verildiyini görəcəyik", - deyə nazir əlavə edib.
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
Rəylər