Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onun Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı qeyd olunub.
H.Fidan cümə günü Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək və həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Nazirin 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.
Rəylər