"Ukrayna Hindistanın Baş naziri Narendra Modini Rusiya ilə sülh danışıqları üçün potensial vasitəçi kimi seçib".
Oxu.Az-ın məlumatına görə, bu barədə "Politico" yüksəksəviyyəli Ukrayna rəsmisinə istinadla xəbər verir.
Bildirilir ki, Kiyev Hindistana böyük ümidlər bəsləyir.
Mənbənin sözlərinə görə, yay danışıqları zamanı Modi Ukraynanın kompromislərə getməli olacağını, lakin sülh barədə hər hansı təklifin ərazilərin Rusiyaya verilməsini əhatə etməməli olduğunu deyib.
Nəşrdən vurğulanıb ki, digər mümkün vasitəçi namizədləri arasında Hindistan yeganə real seçim olaraq qalır.
Rəylər