Rusiyada metroda qorxunc hadisə baş verib. Belə ki, valideynlərinin nəzarətindən kənarda qalan dörd yaşlı oğlanın əli eskalatora ilişib.
Oxu.Az-ın REN TV-yə istinadən verdiyi məlumata görə, hadisə Sankt-Peterburqda baş verib.
Uşağın ciddi xəsarət aldığı bildirilir.
Təhlükəsizlik kameralarında qeydə alınan kadrlarda uşağın tək olaraq eskalatorla qalxdığı və ondan düşməyə çalışarkən yıxılaraq əlinin pillələrə ilişdiyi görünür.
Eskalator təcili olaraq dayandırılıb, uşağın əlini mexanizmdən çıxarmaq mümkün olub. O, iki barmağının açıq sınığı və vətərlərin cırılması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər zədələnmiş toxumaların bərpası üçün təcili əməliyyat aparıblar. Hazırda uşağın vəziyyəti sabit qiymətləndirilir.
Sankt-Peterburq Prokurorluğu hadisənin təfərrüatının araşdırılmasını nəzarətə götürüb. Uşağı ictimai yerdə nəzarətsiz qoyan valideynlərin hərəkətlərinə qiymət veriləcək.
Rəylər