"ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb".
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.
"Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib", - deyə açıqlamada qeyd olunur.
NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.
"Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam".
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib. O bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.
"ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq", - deyə A.Blinken qeyd edib.
Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, görüş Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində baş tutur.
İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
O, baş tutacaq görüşün digər təfərrüatı barədə məlumat verməyib.
Mənbə: Sputnik Ermənistan
Rəylər