VAZ-2105 və VAZ-2107 avtomobilləri dünya istehsalçılarının ən populyar nəqliyyat vasitələri siyahısında yeddinci yeri tutub.
Oxu.Az Motor.ru-ya istinadən xəbər verir ki, reytinq Britaniyanın "Autocar" nəşri tərəfindən hazırlanıb.
Məlumatda qeyd olunub ki, mütəxəssislər reytinqi sözügedən avtomobillərin tirajlarını nəzərə alaraq tərtib ediblər.
Reytinqin lideri 1966-cı ildən 51 milyon nüsxədən çox satılan "Toyota Corolla" olub.
Sonrakı yerdə 43 milyon avtomobili satılan "Ford F-Series" pikapları qərarlaşıb. İlk üçlüyü "Volkswagen Golf" qapayıb.
Rəylər