"Afrika ölkələri 1960-cı illərdən etibarən kağız üzərində müstəqil olsalar da, onlar tam da suveren deyillər".
Bu sözləri Oxu.Az-a açıqlamasında Afrika Gənc Qadın Liderlər Şəbəkəsinin direktorlar şurasının birinci vitse-prezidenti Fatumata Cire deyib.
"Bu gün təşkil olunan aksiyada ilk dəfədir ki, iştirak edirəm. Bu aksiyalar mənə ümid verir. Bizim kimi müstəmləkəçilikdən və kolonializmdən əziyyət çəkən xalqların nümayəndələrini bir yerə toplamaq və onların səsinin eyni vaxtda dünyaya çatdırılması üçün səy göstərmək bizə hər şeyin yoluna düşə biləcəyi ümidini verir. Nüvə sınaqları və onun ətrafa vurduğu zərərlərdən əziyyət çəkən xalq olaraq səsimizə səs verilməsinə nail olduğumuz üçün yardım edən hər kəsə təşəkkür edirik", - F.Cire qeyd edib.
Xatırladaq ki, bu gün COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən nüvə sınaqlarının ətraf mühitə və insanlara vurduğu zərərlərə qarşı Mavi Zonada etiraz aksiyası keçirilib.
Aygün Mirakif
Rəylər