İsrail və "Hizbullah" təşkilatı arasında atəşkəsin bir neçə saat ərzində qüvvəyə minəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri Ağ Evdəki mənbəyə istinadən xəbər verib.
Qeyd olunur ki, İsrail və Livan tərəfi ilə danışıqları bilavasitə ABŞ-li diplomatlar aparıblar.
Bildirilir ki, atəşkəs 21 gün ərzində bütün İsrail və Livan sərhədi boyunca tətbiq ediləcək.
Rəylər