Kaliforniya hakimiyyəti dəniz şirlərinin "işğalı" səbəbindən yerli çimərliklərdən birini bağlayıb.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Yüzlərlə dəniz şiri Montereydəki San-Karlos çimərliyinə köç etməyə başlayıb. Heyvanların zəbt etdiyi ərazi xəbərdarlıq lenti ilə hasarlanıb, lakin insanlar hələ də qumda və suda oynayan qulaqlı suitilərin şəklini çəkmək üçün buraya gəlirlər.
Eyni zamanda, ABŞ-də dəniz məməlilərinin mühafizəsi haqqında qanuna əsasən, insanların onlara çox yaxınlaşması və onları qaçmağa təhrik etməsi qadağandır.
Rəylər