"ABŞ prezidentliyinə qayıtmaq istəyən Donald Tramp indi müharibəni bitirmək planını açıqlamalıdır".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Əgər Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bu gün bizə deməlidir", - o, ABŞ telekanalına verdiyi müsahibə zamanı bildirib.
Zelenski bununla bağlı yerli mediada da danışıb.
"Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirəcəyiksə, buna hazır olmaq istəyirik", - Ukrayna mediası Zelenskidən sitat gətirib.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Tramp dəfələrlə bəyan edib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda dayandıra bilər.
Mənbə: Bloomberg
Rəylər