Argentinalı mütəxəssis Maurisio Poçettino futbol üzrə ABŞ millisinin baş məşqçisi olub.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ millisinin mətbuat xidməti məlumat yayıb.
O, komandanı 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatına hazırlayacaq.
Buna qədər heç bir yığmada çalışmayan 52 yaşlı mütəxəssisin son iş yeri İngiltərənin "Çelsi" klubu olub.
Qeyd edək ki, argentinalı mütəxəssis karyerası ərzində İspaniyanın "Espanyol", İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin Fransanın PSJ klublarını da çalışdırıb.
Rəylər