"Arsenal", "Real Madrid", "Fənərbağça" kimi klublarda oynamış dünyaca məşhur futbolçu Mesut Özil "Qarabağ" tərəfindən Azərbaycana dəvət olunub.
Oxu.Az xəbər verir ki, dünya çempionu oktyabrın 11-də "Qarabağ"ın qonağı olacaq.
Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq.
Qeyd edək ki, karyerası ərzində "Şalke", "Verder", "Real", "Arsenal", "Fənərbağça" və "Başakşəhər"də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.
Rəylər