"Atalanta" "Bayer Leverkuzen"in 51 oyunluq məğlubedilməzlik seriyasını qıraraq UEFA Avropa Liqasında çempionluğunu elan edib.
Oxu.Az xəbər verir ki, İtaliya klubu Ademola Lukmanın 12, 26 və 75-ci dəqiqədə vurduğu qollarla "Bayer Leverkuzen"i 3:0 hesabı ilə məğlub edib.
Nigeriyalı hücumçu UEFA Avropa Liqasının finalında xet-trik edən ilk futbolçu olaraq tarixə keçib.
Qeyd edək ki, "Atalanta" UEFA Avropa Liqasının qalibi olan ilk İtaliya klubu olub.
Rəylər