Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
“Report” xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.
Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
10:10
Bakıda təşkil edilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Oxu.Az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın beş idmançısı qüvvəsini sınayacaq.
Mariya Stadnik (50 kq) yarışa 1/4 finaldan qoşulacaq. Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) - Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək.
Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq.
Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) - Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir.
Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
Rəylər