Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.
Bu, Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olublar.
Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Gimnastika Federasiyasından verilib.
Bildirilib ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
Rəylər