Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası "Nürnberq"lə kollektiv məşqlərə start verib.
Oxu.Az xəbər verir ki, uzun müddətdir yaşıl meydandan uzaq qalan hücumçumuz zədəsini bərpa edərək komanda ilə məşqlərə başlayıb.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze 27 yaşlı hücumçunun komanda ilə hazırlıqlara start verdiyi üçün çox sevindiyini bildirib.
Qeyd edək ki, "Nürnberq" sentyabrın 5-də yoxlama oyununda "Ertsgebirge" ilə üz-üzə gələcək.
Rəylər