Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan millisinin üzvü Renat Dadaşov fərqləndi, komandası qalib gəldi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" klubu doğma meydanda "İstanbulspor"u məğlub edib.
Oxu.Az xəbər verir ki, hesabı 39-cu dəqiqədə açan Renat Dadaşov komandasını irəli çıxarıb. Məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra hesabı bərabərləşdiriblər.
Muammer Sarıkaya 68-ci dəqiqədə bərabərlik qolunu vurub - 1:1.
Görüşün sonlarına doğru aktivliyini artıran "Ankaragücü" futbolçuları qələbə qolunu vurublar.
Ekfan Bekiroğlu 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub - 2:1.
Qeyd edək ki, altı xalı olan "Ankaragücü" hazırda yeddinci pillədə qərarlaşıb.
"İstanbulspor" isə doqquz xalla turnir cədvəlinin vahid lideridir.
Anar Həsənov
Rəylər