3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinin oyunları çərçivəsində zədələnən Azərbaycan millisinin üzvü Dina Ulyanovanın son durumu bəlli olub.
"Report" xəbər verir ki, Portuqaliya ilə keçirilən matçda ayağı burxulan yığma üzvü bu gün "Barselona Panthers" (İspaniya) klubuna qarşı keçiriləcək 1/4 final matçında iştirak etməyəcək.
Millinin baş məşqçisi Raşa Deliç zədəsi ciddi olmayan 35 yaşlı oyunçunu riskə atmayacaq.
Qeyd edək ki, "Barselona Panthers" - Azərbaycan matçı saat 15:00-da başlayacaq.