Azərbaycan Premyer Liqasının X turunda komandalar ümumilikdə 18 dəfə fərqləniblər. Bu isə mövsümün ikinci məhsuldar turu olub
Oxu.Az xəbər verir ki, "Sumqayıt" - "Turan Tovuz" oyununda altı (2:4), "Kəpəz" - "Qarabağ" matçında beş (0:5), "Neftçi" - "Səbail" görüşündə dörd (3:1) qol qeydə alınıb.
Digər iki qarşılaşmada isə məhsuldarlıq aşağı olub. "Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə bitibsə, "Şamaxı" - "Araz-Naxçıvan" görüşündə yeganə topa qonaq komanda imza atıb.
Beş oyununda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3.60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız VIII turda daha çox qol vurulub (19).
Qeyd edək ki, mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3.80, VII turda 3.40, ilk oyun həftəsində 3.20 olub.
Rəylər