Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 56-cı dəqiqə Miço Kuzmanoviç vurub.
"Araz-Naxçıvan" qələbə sayəsində hazırda 7 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. "Sumqayıt" isə 6 xalla altıncı pilləyə enib.
Günün ilk oyununda "Turan Tovuz" "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sentyabrın 1-də yekun vurulacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.
Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" qələbə qazanıb - 1:0.
Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.
Ardıcıl dördüncü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.
Günün növbəti matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir.
Bu gün Azərbaycan Premyer Liqasında V tura "Turan Tovuz" - "Səbail", "Sumqayıt" - "Araz-Naxçıvan" görüşləri ilə start veriləcək.
Oxu.Az xəbər verir ki, turun digər oyunlarında "Şamaxı" "Neftçi"ni, "Kəpəz" isə "Sabah"ı avqustun 31-də qəbul edəcək.
Tura böyük maraqla gözlənilən "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda aktivində 10 xalı olan "Turan Tovuz" turnir cədvəlinin vahid lideridir. "Sabah" yeddi xalla ikinci, "Qarabağ" isə altı xalla üçüncüdür. Sonuncu yerdəki "Kəpəz" isə dörd görüşün heç birində xal qazana bilməyib.
Rəylər