Azərbaycan sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, həlledici mərhələdə Əlişir Yergaliylə (Qazaxıstan) üz-üzə gəlməli olan idmançımız səhhətində problem yarandığı üçün döşək üzərinə çıxmayıb.
Bununla da M.Maqomedovun qazancı gümüş medal olub.
Qeyd edək ki, digər idmançımız Hacı Əliyev (65 kq) isə üçüncü yer uğrunda görüşdə meksikalı Austin Qomesə qalib gələrək turnirin bürünc mükafatına sahib çıxıb.