Ötən gün Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, bununla da azərbaycanlı qız cüdoçuların 25 ildən sonra Avropa çempionatında ilk qızıl medalı olub.
Xatırladaq ki, qızlardan ibarət milli bunadək ilk və son dəfə məhz 1999-cu ildə 2 qızıl medal əldə edə bilib.
İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, oğlanların yarışında Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
Rəylər