Kataloniya "Barselona"sının baş məşqçisi Hans-Diter Flik avqustun yekunlarına görə İspaniya La Liqasının ən yaxşı məşqçisi seçilib. Beləliklə, Flik bu mükafatı qazanan ilk alman olub.
Oxu.Az "championat"a istinadən xəbər verir.
Daha əvvəl heç bir alman məşqçi La Liqada ayın ən yaxşı məşqçisi mükafatına layiq görülməyib.
Xatırladaq ki, Flik cari mövsümdən əvvəl Xavi Ernandesin yerinə "göy-qırmızılar"ın baş məşqçisi təyin edilib. Bu nominasiyada qalib olmaq üçün Luis Qarsiya ("Alaves") və Marselino Toral ("Vilyarreal") da namizəd idilər. 5-ci turun oyununda Kataloniya klubu səfərdə "Jirona" ilə qarşılaşacaq.
Matç sentyabrın 15-də Bakı vaxtı ilə saat 18:15-də keçiriləcək.
Rəylər