Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin "Glory"də növbəti döyüşünün vaxtı bilinib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı idmançı ağır çəkidə reytinqin birincisi olan niderlandlı Levi Riqters ilə üz-üzə gələcək.
Görüş sentyabrın 21-də keçiriləcək. Levi indiyə kimi peşəkar rinqdə 20 görüşdə 18 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.
Bu döyüşün qalibi isə "Collision 7" turnirində "kikboksinqin kralı" adlandırılan niderlandlı Riko Verhovenlə dünya kəməri uğrunda görüşə çıxacaq. Həmin qarşılaşma dekabrın 7-də Niderlandda keçiriləcək.
Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub.
Rəylər