"Mançester Yunayted" və "Real Betis" arasında keçirilən yoldaşlıq görüşündə qapılara beş qol vurulub.
Oxu.Az xəbər verir ki, hesabı 15-ci dəqiqədə İspaniya təmsilçisi açıb. Rodrinin ötürməsini Losada qolla tamamlayıb. Amma "Betis" futbolçularının sevinci cəmi üç dəqiqə çəkib. Tezliklə toparlanan "qırmızı şeytanlar" rəqibi ardıcıl üç qolla cəzalandırıblar. Əvvəlcə Reşford 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Altı dəqiqə sonra Diallo rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. 31-ci dəqiqədə səhnəyə çıxan Kazemiro fərqi iki topa yüksəldib və ilk hissə 3:1 hesabı ilə başa çatıb.
Fasilədən sonra toparlanan "Real Betis" futbolçuları çox çalışsalar da, gücləri yalnız bir topa çatıb. 61-ci dəqiqədə Lorente fərqi minimuma endirsə də, bu, təsəllidən başa bir işə yaramayıb.
Beləliklə, görüş "Mançester Yunayted"in minimal hesablı qələbəsi ilə başa çatıb - 3:2.
Beş qolun vurulduğu görüş "Mançester Yunayted"in qələbəsi ilə başa çatıb
Rəylər