Libertadores Kubokunun oyununda polis azarkeşlərə atəş açıb.
Oxu.Az "Bild"ə istinadən bildirir ki, Braziliyanın "Atletiko Mineyro" və Argentinanın "San Lorenso" klubları arasında keçirilən matçın ikinci hissəsində tribunalarda qarışıqlıq düşüb. Komandaların azarkeşləri bir-birini təhqir edib, davaya başlayıblar.
Braziliya polisi argentinalı azarkeşləri sakitləşdirmək və iğtişaşın qarşısını almaq üçün dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Hətta gözyaşardıcı qaz meydanda olan futbolçulara da təsir edib və bu səbəbdən oyun bir neçə dəqiqəlik dayandırılmalı olub.
Oyun ev sahibi "Atletiko Mineyro"nun 1:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, bu, Braziliyada baş verən ilk belə hadisə deyil.
Rəylər